“Ançelottinin “Real”dan getməyinə görə xoşbəxtəm” - Qvardiola

ancelottinin-realdan-getmeyine-gore-xosbextem
Oxunma sayı: 2062

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Karlo Ançelottinin “Real Madrid”dən ayrılaraq Braziliya millisinə getməsi haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis bu təyinatla bağlı zarafat edib:

“Mən onun “Real”da qalmadığına görə çox xoşbəxtəm. Çünki Ançelotti məni hər zaman məğlub edirdi. Mən artıq bununla məşğul olmaq məcburiyyətində deyiləm”.

Qeyd edək ki, Ançelotti Braziliya millisi ilə 1 illik müqavilə imzalayıb. Madrid klubuna isə Xabi Alonso baş məşqçi təyin olunub.