Ankarada raket zavodunda partlayış, ölənlər var - Video - Yenilənib

ankarada-raket-zavodunda-partlayis-olenler-var
Oxunma sayı: 4370

Türkiyənin paytaxtı Ankarada Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) Raket və Partlayıcı Maddələr Zavodunda partlayış və yanğın baş verib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, partlayış nəticəsində zavodun 5 əməkdaşı həlak olub.

Hadisənin saat 08.40 radələrində dinamit sexində baş verdiyi, sexdə böyük dağıntıların olduğu bildirilir. Bu barədə Petrol İş Ankara Şöbəsinin sədri Haluk Koşar məlumat verib. O, içəridə 5 nəfərin olduğunu, hazırda dağıntılar altında olanların axtarışlarının davam etdiyini bildirib. 

Zavoda yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Hazırda yanğın söndürülüb. Zavodda böhran masası yaradılıb.

***

Türkiyə Milli Müdafiə Nazirliyi hadisə nəticəsində 5 işçinin həlak olduğunu təsdiqləyib. Partlayışla bağlı istintaqın başladıldığı bildirilib. 

***

Ankara valisi Vasip Şahin Raket və Partlayıcı Materiallar Zavodunda baş verən partlayışın ilkin səbəbini açıqlayıb. Onun sözlərinə görə, ilkin ehtimal kimyəvi reaksiyalarla bağlıdır: “İlkin araşdırmalara görə, partlayışın kimyəvi reaksiya nəticəsində baş verdiyi güman edilir”.