Araz Abdullayev “Zirə”də

araz-abdullayev-zirede
Oxunma sayı: 2882

“Zirə” yeni futbolçu ilə anlaşıb.

“Qafqazinfo” xəbər verir ki, klub bu haqda sosial şəbəkədə məlumat paylaşıb.

Belə ki, komanda Araz Abdullayevi heyətinə qatıb.

“31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur”, - məlumatda bildirilir.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.