“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Şamaxı” “Sumqayıt”a qarşı

araz-naxcivan-karvan-yevlaxa-samaxi-sumqayita-qarsi
Oxunma sayı: 282

Bu gün Misli Premyer Liqasında 24-cü tur start götürəcək.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək.

Saat 18:30-da “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edəcək. Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında Naxçıvan təmsilçisi qələbə qazanıb.

Həmçinin bu gün saat 20:30-da“Şamaxı” “Sumqayıt”ın qonağı olacaq. Sözügedən komandaların 1-ci dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin qarşılaşmasında isə “Sumqayıt” üstün olub.

13 mart

18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”

“Liv Bona Dea Arena”.

20:30. “Sumqayıt” - “Şamaxı”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.