Arda Gülər 5 mərtəbəli villa aldı - Foto

arda-guler-5-mertebeli-villa-aldi
Oxunma sayı: 4841

Türkiyə millisinin və “Real Madrid”in gənc ulduzu Arda Gülər İstanbulun Beykoz ərazisində lüks villa alıb.

“Qafqazinfo” bu barədə “Ajansspor”a istinadən xəbər verir.

Gülər məşhurların yaşadığı Acarkentdən aldığı 5 mərtəbəli villa üçün 3 milyon dollar (116 milyon 579 min lirə) ödəyib.

Futbolçu evin təmir işləri üçün də 2 milyon dollar (77 milyon 720 min lirə) xərcləyəcək.