Arda La Liqada ilk dəfə start heyətdə meydana çıxdı - Qol vurdu+Video

arda-la-liqada-ilk-defe-start-heyetde-meydana-cixdi
Oxunma sayı: 4778

“Real”ın futbolçusu Arda Gülər ilk dəfə La Liqada Madrid təmsilçisinin start heyətində meydana çıxıb.

“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 33-cü turda “Real Sosyedad” matçında iştirak edib.

O, 29-cu dəqiqədə fərqlənərək hesabı açıb.

Bu, Ardanın “Real”da 2-ci qoludur. 

Xatırladaq ki, Gülər ​​2023-cü ilin yayında “Fənərbaxça”dan “Real Madrid”ə keçib. Futbolçu aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Futbolçu komandada cəmi 8 oyun keçirib.