Səkidə maşın sürdü, həbs edildi - Video

sekide-masin-surdu-hebs-edildi
Oxunma sayı: 3508

Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs edilib.

“Qafqazinfo” Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.