Göyçayda mağazalardan kəsici-deşici alətlər yığışdırıldı - Foto

goycayda-magazalardan-kesici-desici-aletler-yigisdirildi
Oxunma sayı: 1023

Göyçay RPŞ-nin əməkdaşları kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçiriblər.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, şəhər ərazisində yerləşən 4 mağazadan ümumilikdə 82 ədəd xəsarət yetirmək təyinatına malik, satış üçün nəzərdə tutulan bıçaq və digər kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.