32 yaşlı qadın dəm qazından öldü

32-yasli-qadin-dem-qazindan-oldu
Oxunma sayı: 1390

Qusarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qusar şəhər sakini, 1992-ci il təvəllüdlü Sevda Cavid qızı Bədəlova yaşadığı evdə dəm qazından boğulub.

Onun meyiti yaxınları tərəfindən evin hamam otağında tapılıb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.