İsmail Kartalın mətbuat konfransı boykot edildi - Video

ismail-kartalin-metbuat-konfransi-boykot-edildi
Oxunma sayı: 1625

Türkiyəli idman jurnalistləri “Fənərbaxça”nın baş məşqçisi İsmail Kartalın mətbuat konfransını boykot edib.

“Qafqazinfo” xəbər verir ki, media nümayəndələri İstanbul klubunun “Konyaspor”la 0:0-lıq bərabərliyə imza atdığı oyundan sonra mütəxəssisin konfransına qatılmayıb. 

Buna səbəb isə İ.Kartalın xal itirdiyi oyunlardan sonra jurnalistlərin suallarına cavab verməməsi olub. Eyni durum yaşanacağını düşündükləri üçün media nümayəndələri konfransda iştirakdan imtina edib.