“Fənərbaxça” yenə xal itirdi

fenerbaxca-yene-xal-itirdi
Oxunma sayı: 1885

Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Fənərbaxça” səfərdə “Konyaspor”un qonağı olub.

Rəqibi ilə 0:0 hesablı heç-heçə edən İstanbul təmsilçisi, çempionluq yolunda xal itkisi ilə üzləşib.

Qeyd edək ki, 35 turdan sonra “Qalatasaray” 96 xalla liderdir. Onun əzəli rəqibi “Fənərbaxça” isə 90 xalla ikinci pillədə qərarlaşıb.