Xeyrımlıda delimitasiya başlayıb

xeyrimlida-delimitasiya-baslayib
Oxunma sayı: 2886

Ermənistanın Azərbaycana qaytarmalı olduğu 4 kənddən biri - Xeyrımlı (Kirants) kəndində sərhədin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.

“Qafqazinfo” “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı kəndin başçısı Kamo Şaqinyan açıqlayıb. 

Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəlib: “Kənddə çox sayda polis var. Geodeziyaçıların nə qədər qalacağı ilə bağlı dəqiq məlumat olmasa da, onların 3 gün kənddə olacağı güman edilir”.