DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi

dtx-nin-emekdaslari-heyder-zirvesine-yurus-teskil-etdi
Oxunma sayı: 1894

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  101-ci ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıb.

Onlar Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Dövlət Bayrağını ucaldıb, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdiriblər.