Quterreş İsrail və HƏMAS-a çağırış etdi

quterres-israil-ve-hemas-a-cagiris-etdi
Oxunma sayı: 870

BMT-nin baş katibi Antonio Quterreş İsrail və HƏMAS-a təcili olaraq lazımi addımları atmağa və Qəzzadakı iztirablara son qoymaq üçün razılığa gəlməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş bunu Yaxın Şərqdəki hadisələrlə bağlı açıqlamasında deyib.

O vurğulayıb ki, tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxsləri müdafiə etməyə borcludurlar.