Məşhur mütəxəssis yığmaya həvəskar liqadan futbolçu çağırdı

meshur-mutexessis-yigmaya-heveskar-liqadan-futbolcu-cagirdi
Oxunma sayı: 2739

Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa maraqlı addım atıb. “Qafqazinfo” xəbər verir ki, o, həvəskar liqadan yığmaya futbolçu dəvət edib. 

Təcrübəli mütəxəssis həvəskarlar liqasında oynayan Valter Dominqesi Amerika Kuboku öncəsi hazırlıq toplanışı üçün düşərgəyə çağırıb.

Valter həvəskarlar liqasında çıxış edən “Yuventud Soriano” klubunun heyətində 39 matçda 57 qol vurub.