“Kontakt”ın ən böyük mağazalarından olan “Azadlıq metrosu” mağazası yeniləndi - 60%-dək endirimlər

kontaktin-en-boyuk-magazalarindan-olan-azadliq-metrosu-magazasi-yenilendi
Oxunma sayı: 1019

“Kontakt”ın eyni ünvanda yenilənmiş və daha bol çeşidli “Azadlıq metrosu” mağazasının açılış tədbiri böyük maraqla qarşılanıb. Bir neçə gün əvvəl baş tutmuş yeni mağaza açılışında ziyarətçilər musiqili şou-proqram sayəsində doyunca əylənib və hədiyyəli müsabiqələrdən qazanclı ayrılıblar.

Şəbəkənin ən böyük mağazalarından olan “Azadlıq metrosu” mağazasında alış-verişin hər cür rahatlığı düşünülüb. Belə ki, daha geniş – 2000 m2 sahədə xidmətə verilən bu mağazanın birinci mərtəbəsində rəqəmsal, böyük və kiçik məişət texnikası, qab-qacaqlara; ikinci mərtəbəsində isə ev tekstilinə, o cümlədən mebellərə aid 30 000-dən çox çeşiddə məhsulla eyni anda tanış ola bilərsiniz. Üstəlik, mağazada ödənişsiz “Wifi” xidməti də mövcuddur, beləliklə də, alıcılar növbə gözləyərkən zamanlarını daha səmərəli keçirə bilir.

AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR, 24 AYADƏK HİSSƏLİ ALIŞ İMKANI

Bütün bu komfortla yanaşı, ən çox diqqətçəkən məqam isə açılış günlərində təklif olunan xüsusi endirimlər olub. Burada müştərilər ən müasir məhsulları ən sərfəli qiymətlərlə - nağd alışda 60%-dək endirimlərlə əldə etmək imkanı tapıblar. Nağd alışa endirimlərlə bərabər, istənilən məhsulun endirimli qiymətini 6 aya bölərək hissə-hissə ödəmə imkanı da müştərilərin ürəyindən xəbər verən növbəti xüsusiyyət olub.

Bitmək bilməyən sevindirici təkliflər hissəli alışa da tətbiq edilib. Belə ki, əgər siz smartfon, notbuk, smart saat və ya qulaqlıq əldə etmək istəyirsinizsə, 18 ay; televizor, məişət texnikası, qab-qacaq və ya ev tekstili almaq istəyirsinizsə, 18 ay; mebelinizi yeniləmək istəyirsinizsə, 24 ay ilkin ödənişsiz, faizsiz hələ üstəlik komissiyasız şərtlərdən yararlana bilirsiniz.

Açılış günlərində siz:

· 311 Lt və NoFrost sistemli Samsung soyuducusunu 1600 yox, 900 manata;

· 81 sm diaqonallı və smart mexanizmli Samsung televizorunu 700 yox, 480 manata;

· 128 Gb yaddaşa malik Oppo A38 smartfonunu ayda sadəcə 20 manat;

· 20-30 m2 sahəni əhatə edən Hoffmann kondisionerini ayda 29 manata;

· Baza və yataq mexanizmli Arizona divanını isə tam 24 aylıq müddətə ayda 25 manata alıb apara bilərsiniz.

Qeyd edək ki, sadalanan bütün məhsullar və şərtlər sadəcə mayın 12-dək keçərlidir. Odur ki, arzuladığınız o maksimum qənaətli alış-veriş üçün elə indi “Azadlıq” metrosunun yaxınlığında yerləşən “Kontakt” mağazasına üz tutun.

Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.