Arda Turanla bağlı həbs qərarı verildi

arda-turanla-bagli-hebs-qerari-verildi
Oxunma sayı: 9676

Türkiyə millisinin sabiq futbolçusu Arda Turanla bağlı İspaniyada həbs qərarı verilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun bu ölkədə çıxış etdiyi illərdə şəxsi gəlir vergisindən yayınması olub.

Davam edən məhkəmənin sonunda Arda Turanla bağlı 2 il həbs və 633 min avro cərimə qərarı çıxarılıb.

Türkiyəli veteran futbolçu iki ildən az cəza aldığı üçün sadəcə, pul cəriməsi ödəməli olacaq. Onun özü də vergidən yayındığını etiraf edib.

Qeyd edək ki, “Eyüpspor”un baş məşqçisi olan Arda Turan İspaniyada Madrid “Atletiko”sunda və “Barselona”da çıxış edib.