Arıqlama iynələrinə görə gözündə ciddi problem yarandı

ariqlama-iynelerine-gore-gozunde-ciddi-problem-yarandi
Oxunma sayı: 1654

Dünyaca məşhur britaniyalı müğənni Robbi Uilyams çəki azaltma iynələri səbəbindən görmə itkisi yaşadığını bildirib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hazırda sağlamlıq problemləri ilə üzləşən pop ulduz “Mounjaro” iynələrini istifadə etdiyi dövrlərdə görməsinin sürətlə pozulduğunu və səhnədə pərəstişkarlarının üzlərini seçə bilmədiyini açıqlayıb: “Bir müddətdir bulanıq görürəm və hər keçən gün daha da pis olur. Bunun yaşla bağlı olduğunu düşünmürəm. “Mounjaro”nun təsiri ola bilər”.

51 yaşlı Uilyams buna baxmayaraq, həmin iynələrdən istifadə edəcəyini söyləyib. O əlavə edib ki, iynələr ona yalnız fiziki deyil, həm də zehni olaraq yaxşı təsir edib: “İllərdir ruh sağlamlığım yaxşı deyildi. Son 10 ildə üzərimdəki qara buludlar dağıldı. İndi intizamlı yaşayıram, idman edirəm, öz qeydimə qalıram”.