“Arsenal”dan çətin qələbə

arsenaldan-cetin-qelebe
Oxunma sayı: 310

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyun günündə Londonun “Arsenal” klubu Portuqaliyada “Sportinq”in qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, Lissabondakı “Jose Alvalade” stadionunda keçirilən gərgin qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunun böyük hissəsi qolsuz bərabərliklə davam etsə də, “Arsenal”ın baş məşqçisi Mikel Artetanın sonradan meydana daxil etdiyi futbolçular matçın taleyini həll edib. Görüşün 90+1-ci dəqiqəsində digər ehtiyat oyunçu Qabriel Martinellinin ötürməsindən sonra Kay Havertz dəqiq zərbə ilə topu rəqib qapısından keçirib.