Arteta “Porto”nun baş məşqçisini təhqir etdi - Video

arteta-portonun-bas-mesqcisini-tehqir-etdi
Oxunma sayı: 2896

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Porto”nun çalışdırıcısı Serxio Konseysaonu təhqir edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Çempionlar Liqasının 1/8 finalında “Arsenal”ın “Porto”nu penaltilərlə məğlub etdiyi matçdan sonra baş verib.

S. Konseysao yaşanmış xoşagəlməz hadisə və oyunun nəticəsi haqqında danışıb: “Nəticə ədalətsiz idi. “Porto” qalib gəlməyə layiq idi. Arteta isə ailəmi təhqir etdi. Bunun ispan menecerlərlə əlaqəsi olub-olmadığını bilmirəm, amma o, mənim ailəmi söydü”.

Mikel Arteta isə oyundan sonra keçirilən mətbuat konfransında yalnız “şərh yoxdur” deyərək mövzunu yekunlaşdırıb.

Qeyd edək ki, “Porto”nun baş məşqçisi S.Konseysao həmçinin 2021-ci ildə Çempionlar Liqasının matçından sonra “Çelsi”nin baş məşqçisi Tomas Tüheli də onu təhqir etməkdə günahlandırmışdı.