Arvadını öldürüb qaçan ər saxlanıldı - Yenilənib

arvadini-oldurub-qacan-er-saxlanildi
Oxunma sayı: 10150

Bu gün Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görür.

***

Polis əməkdaşları tərəfindən Əliyar Mehdiyev saxlanılıb.

Araşdırma aparılır.