“ASAN” yanan bina ətrafında- - 10 saatlıq iş rejimi

asan-yanan-bina-etrafinda-
Oxunma sayı: 2715


“Qafqazinfo” xəbər verir ki, bu xidmətlərə aşağıdakı və digər zəruri sənədləşmələr daxildir:

-          Notariat fəaliyyəti;

-          Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

-          Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

-          Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

-          Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

-          Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-          Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

-          Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, xidmətlər 22 may 2015-ci il tarixindən etibarən baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında Səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək.

Səyyar ASAN xidmətin iş qrafiki:

Həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək,

Şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan).