Asif Əsgərovla Heydər Əsədov da vəzifəsini itirdi

asif-esgerovla-heyder-esedov-da-vezifesini-itirdi
Oxunma sayı: 11914

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Dövlət başçısının digər Sərəncamı ilə Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, onlar sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiliblər.