Astarada 6 otaqlı ev yanıb

astarada-6-otaqli-ev-yanib
Oxunma sayı: 1451

Astara rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, rayonun Deqadi kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və eyvanı yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.