Astara rayonunda Azərbaycan prokurorluğunun yaradılmasının 108-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Astara rayon prokuroru, baş ədliyyə müşaviri Əli Əliyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və prokurorluq əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Astara şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin mənalı həyatının və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotolarla tanış olub, videoçarxa baxıblar.
İcra başçısı prokurorluq əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb.
Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci il tarixdə imzaladığı Sərəncamla oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi qanunvericilik islahatları nəticəsində ölkəmizdə insan hüquqlarının hərtərəfli bərqərar olması təmin edilib. Dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi sahəsində yorulmadan xidmət göstərir.





Son xəbərlər
Son Xəbərlər