Qaxda atdan yıxılan 16 yaşlı qız ağır xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Məlikova Səbinə (ad və soyad şərtidir) at sürən zaman yıxılıb və ağır xəsarət alıb.
O, Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və lazımi tibbi yardım göstərilib.
Müalicəsi xəstəxanada davam etdirilir.
Mübariz Muradov