ABŞ Dövlət Departamenti İsrail və Livanın Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində yeni atəşkəs razılaşması əldə etdiyini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, tərəflər arasında atəşkəsin tətbiqi və gərginliyin azaldılması istiqamətində aparılan diplomatik təmaslar nəticə verib.
Bildirilib ki, atəşkəs ABŞ-nin rəhbərliyi altında aparılan danışıqların nəticəsində əldə olunub.
Qeyd edək ki, İsrail və Livan arasında atəşkəs ilk dəfə aprelin 17-də qüvvəyə minib. Daha sonra razılaşmanın müddəti mayın 17-dən etibarən 45 gün uzadılıb. Lakin atəşkəsə baxmayaraq, bölgədə qarşılıqlı ittihamlar davam edib, İsrailin hücumlarını davam etdirdiyi və hərbi əməliyyatların miqyasını genişləndirdiyi bildirilirdi.
Son xəbərlər
Son Xəbərlər