Autsayderlərin son şansı

autsayderlerin-son-sansi
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, keçiriləcək 2 oyun ikinci “altılıq” komandaları arasında baş tutacaq.
Çempionatın iki autsayderi – “Turan” və “Sumqayıt” üz-üzə gələcək. Tovuzlular elitada qalmaq uğrunda son şansını dəyərləndirməyə çalışacaq. Sumqayıt təmsilçisi isə məğlub olarsa, sonuncu pillədəki yerini “təmin edəcək”.
Digər görüşdə “Rəvan” “Kəpəz”i qəbul edəcək. Bu mövsüm tərəflər 3 dəfə üz-üzə gəlib və hər 3-də Gəncə təmsilçisi qələbə qazanıb.

28 aprel (şənbə)
16:00. "Turan" - "Sumqayıt"
Tovuz şəhər stadionu.
16:30. "Rəvan" - "Kəpəz"
Dalğa Arena stadionu.


Ceyhun Əhmədov