“Avdeyevkada əsir götürülənlər arasında qadınlar da var”

avdeyevkada-esir-goturulenler-arasinda-qadinlar-da-var
Oxunma sayı: 2043

Rusiya ordusu tərəfindən Avdeyevka şəhərində əsir götürülən ukraynalı hərbçilər arasında qadınlar da var.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Donetsk Xalq Respublikası”nın “rəhbəri”nin “müavin”i İqor Kimakovskiy açıqlayıb. 

Xatırladaq ki, fevralın 17-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə Prezidenti Vladimir Putinə Donbasda yerləşən Avdeyevka şəhərinin tam olaraq Rusiya ordusunun nəzarətinə keçməsi barədə məlumat verib.