Avropa Liqasından “Qarabağ” paylaşımı - “Tarix kitabları üçün”

avropa-liqasindan-qarabag-paylasimi
Oxunma sayı: 3400

UEFA Avropa Liqası “Qarabağ”ın turnirin 1/8 finalına vəsiqə qazanmasından yazıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Avropa Liqasının səhifəsində paylaşıb.

Belə ki, UEFA Ağdam təmsilçilərinin fotosu, - “Tarix kitabları üçün!”, - şərhi ilə paylaşılıb.

Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdıraraq tarixi nəticə əldə edib.