“Avroviziya”dakı rejissorumuz bu dəfə də o olacaq

avroviziyadaki-rejissorumuz-bu-defe-de-o-olacaq
Oxunma sayı: 1719

“Avroviziya-2023”də Azərbaycanın təmsilçisinin səhnə çıxışının rejissoru açıqlanıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Infe Azerbaijan” məlumat yayıb.  

Bildirilib ki, bu iş danimarkalı rejissor Mads Enqqaarda həvalə edilib.

Qeyd edək ki, Mads artıq 19 ildir sözügedən yarışmada yer alan ölkələrin nümayəndə heyəti ilə çalışır. O, bundan əvvəl Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari”, Nadir Rüstəmlinin “Fade to black” çıxış nömrələrini hazırlayıb. 

Azərbaycanı “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcək. Bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.