Avtobus sürücüsünü döyən şəxs saxlanıldı

avtobus-surucusunu-doyen-sexs-saxlanildi
Oxunma sayı: 5613

Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Qafqazinfo” ya bildirib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam edir.

Xatırladaq ki, ötən gün 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.

İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.