Avtobusdan düşüb yolu keçən tələbə qızı maşın vurub öldürdü - Yenilənib - Foto

avtobusdan-dusub-yolu-kecen-telebe-qizi-masin-vurub-oldurdu
Oxunma sayı: 5415

Masallı rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində - Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi “Mercedes” markalı 10 UT 770 N-li avtomobillə yolu keçən kənd sakini 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, universitetlərdən birinin tələbəsi imiş.

Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev saytımıza bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

***

A. Məmmədovanın Lənkəran Dövlət Universitetinin Filologiya və ibtidai təhsil fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi olduğu məlum olub.