Avtobuslarda 40-a yaxın sərnişinin cibinə girib oğurluq etdi

avtobuslarda-40-a-yaxin-sernisinin-cibine-girib-ogurluq-etdi
Oxunma sayı: 981

Sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxs saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12,46 və s. xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub. F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanılan günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. F.Kərimovun Xətai, eləcə də paytaxt ərazisində başqa analoji cinayətlər etdiyi istisna olunmur.