Avtobusun altında qalan şəxsin kimliyi bilindi

avtobusun-altinda-qalan-sexsin-kimliyi-bilindi
Oxunma sayı: 7584

Dünən Səbail rayonu ərazisində marşrut avtobusunun vurub öldürdüyü şəxsin kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, saat 05:45 radələrində Salyan şossesi 15-in qarşısında A.Ayvazovun idarə etdiyi "BakuBus" MMC-yə məxsus 99 JK 440 nömrə nişanlı avtobusla vurub öldürdüyü şəxsin Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Qayıbov Qüdrət İdris oğlu olması müəyyənləşib.

Aparılmış ilkin araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib. Sürücünün sərxoş olmadığı və sürücülük vəsiqəsinin olması müəyyən edilib.

Faktla bağlı Səbail RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Həmçinin oxuyun: Жители поселка ходят по колено в воде, а ведомства скидывают вину друг на друга - Фото