Avtobusun yolunu kəsərək xuliqanlıq edən sürücü saxlanıldı

avtobusun-yolunu-keserek-xuliqanliq-eden-surucu-saxlanildi
Oxunma sayı: 3183

Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində hərəkətdə olan “BakuBus” MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən “Toyota Corolla” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin olunub.