Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.
Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - R.Y və Y.X-yə bıçaq xəsarətləri yetirib. Bundan başqa o, qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.
Həmçinin oxuyun: Скончалась 23-летняя женщина, впавшая в кому после операции
Похоронен сын Сиявуша Аслана - Фото
***
Daxili İşlər Nazirliyi sözügedən hadisə ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli geriliyi olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.
H. Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, H.Ağayev axtarışda olan şəxs imiş.
Son xəbərlər
Son Xəbərlər