Azərbaycanda sələfilərin lideri kimi tanınan Hacı Qamət Süleymanov şiə liderlərinin iradlarına cavab verib.
“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, Hacı Qamət onlara vəhabi deyənləri cahil adlandırıb: “Bizə vəhabi deyənlər ya cahildir, ya da qərəzlidir. Bunu avam deyə bilər. Deyirlər ki, vəhabilər İmam Hüseyni öldürüb. Ay avam, Əbdül Vahab 3 əsr bundan qabaq yaşayıb, İmam Hüseynin ölümü isə 14 əsr bundan qabaq olub. Fikirləşin nə deyirsiz? Tarixi öyrənin. Onlar bu adla əhli-sünnəni vururlar”-deyə Q.Süleymanov bildirib.
Son xəbərlər
Son Xəbərlər