Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib.
“Qafqazinfo” xəbər verir ki, müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, Aybəniz Haşımova fevralın 6-sı bu vəzifəyə təyin olunub. Bu gün isə artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, 58 yaşlı sənətçi “Bülbüllər” qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.
Bu barədə ilk məlumatı Missiya.az saytı yayıb.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər