Bu barədə “Qafqazinfo”ya açıqlama verən Abbas Bağırov bildirib ki, Aygün Kazımova ilə dalaşmayıb sadəcə olaraq küsülüdürlər: “Düzdür mən Aygün Kazımovadan küsmüşəm, danışmıram. Mənə yaxın olan bir insanın toy mərasimi idi və məclisi idarə etmək mənə həvalə olunmuşdu. Həmin toya bir çox müğənni dostlarımı dəvət etdim. Onların arasında Aygün Kazımova da vardı. Amma o gəlmədi, heç zəng də vurub nəyə görə gəlmədiyini demədi. Odur mən ondan incimişəm. Çoxdandır onunla danışmıram”.
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər