Aygünün 70 minlik klipi...

aygunun-70-minlik-klipi-
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, musiqisi Sevinc Tağıyeva, sözləri Sevinc Şirinə aid olan “Düşün məni” Kral TV-də gün ərzində 48 dəfə yayımlanacaq.

Qeyd edək ki, Türkiyədə oranjeman olunan "Düşün məni" klipini Türkiyədən gələn 22 nəfərlik 1 nömrəli peşəkar heyət lentə alıb. Avqustun sonlarında Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Komanda meqastar Tarkanın "Acımayacaq", eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murad Boz, Ozan Doğulu, Murad Dalkılıc, Gülşən və bir çox türk ulduzlarının kliplərini çəkib. Xalq artistinin yeni klipi 5 müxtəlif kameralarla fərqli məkanlarda lentə alınıb. Klip çəkilişləri 4 gun fasiləsiz davam edib. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır.

Nigar Məmmədli