Aygünün səhifəsinin oğurlanmasına belə reaksiya verdi - Foto

aygunun-sehifesinin-ogurlanmasina-bele-reaksiya-verdi
Oxunma sayı: 8707

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1,4 milyonluq instaqram hesabı oğurlanıb. Sənətçinin rəsmi səhifəsinin oğurlanması fanatlarını məyus edib.

“Qafqazinfo” Bizim.media-ya istinadən xəbər verir ki, Xalq artisti Röya Ayxanın oğlu Hüseyn Cəlilov Aygün Kazımovanın hesabının oğurlanmasına maraqlı reaksiya verib.

O, sənətçinin səhifəsini paylaşaraq “spokoynıy nocıı” (gecəniz xeyrə qalsın – red.) yazıb.

H.Cəlilov sonradan bu paylaşımı silib.

Qeyd edək ki, A. Kazımova ilə R. Ayxan arasında uzun illərdir soyuq küləklər əsir.