“Bütün bu proseslər barədə futbolçulara məlumat verilmişdi. Ola bilsin ki, Şahruddin fikirlərini tam izah edə bilməyib. Turnirdə çıxış barədə hər şey haqqında məlumatımız var idi”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyevin Lixtenştyenlə matçda daha çox qol vurmaq barədə məlumatları olmadığına dair açıqlamasına münasibət bildirib: “Ümumiyyətlə, AÇ-yə getmək üçün pley-off şansı barədə hər şeyə dekabrın 6-sı püşkatma zamanı aydınlıq gələcək. Amma Malta ilə aramızdakı proses barədə komanda məlumatlı idi. Bilirdik ki, Malta məğlub olsa, biz lider oluruq, heç-heçə etsə, top fərqinə baxılacaq. Demişdik ki, daha çox qol vurmalıyıq”.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının son turunda Lixtenşteynlə matçda 2:0 hesabı ilə qalib gəlsə idi, ümumilikdə D divizionunun lideri olaraq Avropa çempionatının pley-off mərhələsində oynamaq şansı qazana bilərdi.
Son xəbərlər
Son Xəbərlər