Azad edilmiş ərazilərdə 20 min insan səs verəcək

azad-edilmis-erazilerde-20-min-insan-ses-verecek
Oxunma sayı: 1653

“Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səsə verəcək”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklər. Bu hadisə tarixə düşəcək”.