Mövcud epidemioloji vəziyyət ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana uçuşları dayandırır.
"Qafqazinfo" AZAL-a istinadən xəbər verir ki, bu gün axşam “Buta Airways” aviaşirkəti İmam Xomeyni adına Hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.
Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.
Son xəbərlər
Son Xəbərlər