Azarkeşlər “Sabah” - “Slaviya” matçına daha ucuz bilet ala bilər

azarkesler-sabah-slaviya-matcina-daha-ucuz-bilet-ala-biler
Oxunma sayı: 1679

Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun Bakıda keçiriləcək “Sabah” – “Slaviya” oyununa 46 min bilet satılıb.

Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bilet satışı hələ də davam edir. Azarkeşlər “Slaviya” ilə matç üçün bəzi sektorlara daha ucuz bilet əldə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 13-ü BOS-da keçiriləcək matça Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.