Azərbaycan çempionatında basketbolçudan fantastik atış - Video

azerbaycan-cempionatinda-basketbolcudan-fantastik-atis
Oxunma sayı: 3707

Bu gün Azərbaycan Basketbol Liqasında keçirilən “Sərhədçi” - NTD görüşü maraqlı anla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, nominal meydan sahiblərinin oyunçusu Brendon Miller ikinci periodun sonunda fantastik atışla diqqət mərkəzinə düşüb.

O, meydanın mərkəzindən topu səbətə göndərib.

Qeyd edək ki, qarşılaşma NTD-nin 97:89 hesablı qələbəsi ilə bitib.