Azərbaycan çempionatının oyununda dava düşdü - Video

azerbaycan-cempionatinin-oyununda-dava-dusdu
Oxunma sayı: 3300

Azərbaycan birinci divizionunda keçirilən MOİK – “Sabah”-2 oyununda dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, matçın 65-ci dəqiqəsində ara qarışıb. 

Belə ki, “Sabah”-2-nin futbolçusu Mixeil Erqemlidze MOİK-in futbolçusu Rüstəm Rüstəmovu vurub. 

Nəticədə qarşılaşmanın hakimi Rəvan Həmzəzadə Mixeil Erqemlidzeyə qırmızı vərəqə göstərib. 

Lakin ara bununla sakitləşməyib. “Sabah”-2-nin məşqçiləri hakimin qərarına etiraz ediblər və meydançaya daxil olmağa cəhd göstəriblər. 

Referi məşqçilər heyətini də vərəqə ilə cəzalandırıb.