“Qafqazinfo”nun məlumatına görə, Varşavada keçirilən IX "FilmAT Film, Art & Tourism" festivalında üç Azərbaycan filmi mükafata layiq görülüb. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Turizm şöbəsinin sektor müdiri Vüqar Şıxəmmədov və "Azanfilm" studiyasının direktoru Fariz Əhmədovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib.
Festivalda "Welcome to Azerbaijan" filmi ölkələri təmsil edən çarxlar kateqoriyasında, "Naftalan" filmi ən yaxşı reklam çarxı nominasiyasında, "Azərbaycan - Odlar Yurdu" filmi isə təbiət mənzərələrini tərənnüm edən ən yaxşı film kateqoriyasında mükafatlandırıb. Bundan əlavə, Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru, "FilmAT Film, Art & Tourizm" festivalının münsiflər heyətinin üzvü Fariz Əhmədov xüsusi diplomla təltif olunub.
Son xəbərlər
Son Xəbərlər