Azərbaycan futbolunda xanım şərhçi - Fotolar

azerbaycan-futbolunda-xanim-serhci-
Oxunma sayı: 3335

Topaz Premyer Liqasının yayım hüququnu əldə edən CBC telekanalı daha bir ilkə imza atıb. “Qafqazinfo” xəbər verir ki, telekanala xanım şərhçi cəlb olunub.

Bu, Səmra Əliyevadır. O, ötən gün baş tutan "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasında futbol dili ilə desək, debüt edib.

Qeyd edək ki, Səmra Əliyeva buna qədər "Antenn Radio 101 FM"də fəaliyyət göstərir.